750 tələbənin aqibəti necə olacaq? - Açıqlama

750 tələbənin aqibəti necə olacaq? - Açıqlama
  17 Yanvar 2017    Oxunub:2144
Fəaliyyətini dayandıran "Təfəkkür" Universitetində sonuncu kursda oxuyan 124 tələbə bu ilin yayına kimi tədrislərini davam etdirərək universiteti bitirə biləcəklər.
Təhsil Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, hazırda Təfəkkür Universitetində 750 tələbə təhsil alır.

Nazirlikdən bildirilib ki, qış imtahan sessiyasından sonra digər tələbələrin isə başqa ali məktəblərə köçürülməsi təmin ediləcək. Bununla bağlı yaradılan İşçi Qrup tərəfindən tələbələr ixtisaslarına və qəbul zamanı topladıqları ballara uyğun olaraq digər ali məktəblərə yerləşdiriləcək.

Qeyd edək ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması ilə bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017/2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun formalaşdırılması üçün 2 ay vaxt verilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti