Deputat həmkarlarına irad tutdu: `Özlərini reklam edirlər`
Y.Abramov bildirib ki, belə olan halda vətəndaşlar Milli Məclisdən incik düşür: “Biz nəyisə gündəmə gəlmək üçün demirik. Bəzi deputatlar özlərini reklam edirlər. Deputatın təyyarədə içdiyi kofeyə qədər mətbuatda yazılar gedir. Reklam nəyə lazımdır ki?”.
Komitə sədri Bahar Muradova Yevda Abramovun fikirləri ilə razılaşmayıb. B.Muradova deyib ki, dövlət qurumlarının Milli Məclisin göndərdiyi məktublara cavab verməməsi hörmətsizlik deyil: “Yevda Abramovun fikirləri ilə razılaşmıram. Milli Məclisə nəyə cavab almaq istəyirsə, ona da cavab alır”.
Anar Kəlbiyev
AzVision.az