ATƏT PA-da erməni təxribatları müzakirə olunacaq

ATƏT PA-da erməni təxribatları müzakirə olunacaq
  23 Yanvar 2017    Oxunub:1538
ATƏT Parlament Assambleyasının (PA) fevral ayında Vyanada keçiriləcək qış sessiyasında Ermənistan hərbçilərinin son vaxtlar Azərbaycanın dövlət sərhədində törətdiyi intensiv təxribatlar müzakirəyə çıxarılacaq.
AzVision.az xəbər verir ki, bu barədə AzərTac-a Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova məlumat verib.

Bahar Muradova bildirib ki, ötən ilin sonlarından başlayaraq Ermənistan Azərbaycanın dövlət sərhədində təxribatlarını genişləndirməyə başlayıb. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu bir neçə dəfə Azərbaycanın dövlət sərhədində təxribat törətməyə cəhd edib.

Vitse-spiker deyib ki, Azərbaycan nümayəndə heyəti Ermənistan hərbçilərinin təxribatçı əməllərini qış sessiyası çərçivəsində müzakirəyə çıxaracaq və ATƏT PA nümayəndələrindən bu məsələyə münasibət bildirmələri istəniləcək.

Bahar Muradova qeyd edib ki, Avstriyanın ATƏT-in fəaliyyətdə olan sədri kimi münaqişələrin həllinə dair çağırışları müsbət qiymətləndirilməlidir. Bu çağırışlar real təsirlərə və qərarlara keçsə, münaqişələrin həllinə müəyyən töhfə vermiş olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti