Regional məsələlər komitəsinin iclası keçirilib

Regional məsələlər komitəsinin iclası keçirilib
  24 Yanvar 2017    Oxunub:1439
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda 2016-cı ilin payız sessiyasında görülən işlər və 2017-ci il yaz sesssiyasının işplanı komitənin iclasında müzakirə olunaraq təsdiqlənib.

Yaz sessiyasının gündəliyinə 5-i qanun layihələrinə dəyişikliklər olmaqla cəmi 7 məsələ daxil edilib.

Komitə sədri Arif Rəhimzadə bildirib ki, qanun layihələri artıq razılaşma mərhələsindədir və mövcud qurumlarla razılaşdırıldıqdan sonra komitə iclaslarında təsdiqlənərək yaz sessiyasının plenar iclaslarına tövsiyə olunacaq.

Bunlar, "Bələdiyyə torpaqlarlarının idarə edilmısi haqqında" qanunda düzəlişlər edilməsi haqqında qanun layihəsi, "Azərbaycanın 2002-ci il 15 mart tarixli 247-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Yerli(bələdiyyə) vergilər və ödənişlər haqqında" qanmunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlara dəyişiklik layihələridir.

Komitə sədrinin müavini Fəttah Heydərov da çıxışı zamanı payız sessiyasında görülən işləri yüksək qiymətləndirib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti