Sürücünü ağladan yol polisi işdən qovulacaq - Video
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücüyə qarşı qeyri-insani davranışını əks etdirən video yayılıb. Həmin video ictimaiyyət arasında ciddi etiraza səbəb olub.
AzVision.az-a daxil olan məlumata görə, 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən və görüntüləri lentə alan yol polisi əməkdaşı Elvin Mövlanov polisin adına xələl gətirdiyi üçün tutduğu vəzifədən kənarlaşdırılacaq.
Xatıraladaq ki, daxili işlər naziri Ramil Usubov keçirdiyi iclaslarda dəfələrlə bəyan edib ki, polis əməkdaşları şərəfli polis adını, dövlətin və vətəndaşların mənafelərini daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməli, hər birinin fəaliyyətində başlıca məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi olmalıdır.
AzVision.az