AXCP və Müsavata sərt ittihamlar: `Arvad kimi paxıllıq edirlər`

 AXCP və Müsavata sərt ittihamlar: `Arvad kimi paxıllıq edirlər`
  27 Yanvar 2017    Oxunub:3070
“Azərbaycan müxalifətində həmrəylik yoxdur, xaotik vəziyyət hökm sürür”.
Bunu AzVision.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədrinin sözlərinə görə, müxalifətin birliyini pozan əsas qüvvə AXCP və Müsavat partiyalarıdır.

“Müxalifətin bir araya gəlməməsində ən böyük əngəl AXCP və Müsavatdır. Bu partiyalar müxalifətin birliyinə maraql deyillər. Onlar özlərini Azərbaycan müxaliftinin ən güclü avanqardı hesab edirlər. Avanqard aparıcı, digərləri isə hərəkətverci qüvvədir. Əgər avanqard paravozdursa, digərləri qatardır. İndi paravoz işləmirsə, qatar necə hərəkətə gəlsin? Böyük partiyalar bu təşəbbüsdə olmadığına görə, bizim kimi böyük olmayan partiyaların təşəbbüsləri effekt vermir.

Siyasi kəsimdə intellektuallıq aşağı olduğuna görə, bəzən arvad kimi şəxsi kaprizləri, intriqaları, paxıllıq hissini, gözü götürməzliyi önə çıxaraq birlikdən uzaq düşürlər. Bunlar imkan vermir ki, müxalifət bir araya gəlsin”.

S.Cəlaloğlu bildirib ki, AXCP və Müsavat cəmiyyətin və müxalifətin problemləri ilə məşğul olmur. Əsas istəkləri hakimiyyətə gəlməkdir.

“AXCP və Müsavatı müxalifətin durumu maraqlandırmır. Onlar öz maraqlarını güdürlər. Əsas məqsədləri hansı yolla olursa olsun hakimiyyətə gəlməkdir. Hakimiyyətə gəlmək mövzusu olmayan yerdə görsənmirlər. Bu da onların günahkar oldunuğu və Azərbaycan müxalifətinin bir araya gələ bilməməsində AXCP və Müsavatın müstəsna siyasi məsuliyyət daşıdığnı göstərir”-deyə ADP sədri vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti