`Azəravtoyol` gücləndirilmiş iş rejiminə keçib

`Azəravtoyol` gücləndirilmiş iş rejiminə keçib
  27 Yanvar 2017    Oxunub:1324
Respublika ərazisində qar yağacağı və havaların kəskin dəyişəcəyi xəbərdarlığı ilə əlaqədar "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) gücləndirilmiş iş rejiminə keçib.
ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bununla bağlı cəmiyyətin bütün texnikaları hazırlıqlı vəziyyətə gətirilib.

Qeyd olunub ki, yollar buz bağlayacağı təqdirdə, yollara texnika və canlı qüvvə çıxarılacaq və hərəkətin fasiləsizliyi üçün tədbirlər görüləcək. Lazım olduğu təqdirdə xüsusi problemli ərazilər öncədən nəzarətə götürüləcək. Bunun üçün kifayət qədər duz və qum ehtiyatı toplanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti