Bu da yalan çıxdı: `Meydan TV`-nin istifadə etdiyi şəxs əslində kimdir? – FAKT

Bu da yalan çıxdı: `Meydan TV`-nin istifadə etdiyi şəxs əslində kimdir? – FAKT
  27 Yanvar 2017    Oxunub:39665
Meydan.tv-nin saytında dərc olunan bir məqalədə “Naxçıvanlı keçmiş siyasi məhbus və iş adamı”, hazırda Avropada yaşayan Məmməd Qurbanovun yaxın qohumlarının hədələndiyi bildirilib. Guya hədələyənlər onun və kürəkəni Nadir Məmmədovun "Facebook"-da tənqidi statusları dayandırmalarını tələb ediblər.

Həmin şəxsə guya hədə-qorxuların gəldiyi "070 255 00 40" nömrəsindən `Meydan TV`-yə deyiblər ki, bu adamı ümumiyyətlə, tanımırlar: “Səhv düşmüsünüz. Mən elə birini tanımıram. Bəlkə zarafat edirsiniz mənimlə? Elə bir şey etməmişəm”. Əslində bununla məsələni qapatmaq da olardı, amma ən maraqlısı sonra başlayır.

Əvvəlcə görək, “hədələnən” bu adam ümumiyyətlə, kimdir? Bu, sosial şəbəkədə yazılan kommentlərdən bəlli olur.



Yazılanlardan məlum olur ki, yaşlı bir insan olan Məmməd Qurbanov feysbukdan istifadə eləmək bir tərəfə qalsın, telefonu güclə işlədir. Yəni onun profilini kimsə idarə edir və sadəcə olaraq, adından faydalanırlar. Məqsəd isə budur ki, o, ailə üzvlərilə birlikdə bu yaxınlarda Almaniyadan Çexiyaya deportasiya olunub, görünür, indi oradan da çıxarmaq istəyirlər. Və bu “siqaret çəkən, oteldə yatıb qalan dayı” indi də növbəti dəfə sığınacaq almaq niyyətindədir. Buna görə də, onun adından belə bir status yazılıb, sonra da bəyan olunub ki, guya həmin statusa görə ailə üzvləri hədələnirlər… Amma Məmməd Qurbanovu tanıyan və məsələdən hali olan insanlarda məsələnin bu cür təqdim olunması ancaq ironiya doğurur:





Bu şərhlərdən aydın olur ki, məsələ tamamilə quramadır. Meydan TV-nin isə bu statusdan xəbər düzəltməkdə öz marağı var. Çünki onların qazancı Azərbaycan əleyhinə mümkün qədər çox mənfi yüklü material dərc etməkdən çıxır. Buna görə də, çalışırlar ki, heç bir fürsəti qaçırmasınlar. Əlbəttə, bunu kənardan baxanlar da görürlər:



Yada salaq ki, bu yaxınlarda Meydan TV-nin qurucularından biri olan Həbib Müntəzir bir əsgərimizin şəhid olması xəbərini yaymışdı, amma məlum oldu ki, həmin əsgər sağ-salamatdır və ailəsinə videomüraciət edərək, hər şeyin yaxşı olduğunu bildirdi.

Dekabrın son günlərində baş verən atışmalar zamanı isə yenə də həmin “bloqqer” guya 7 əsgərimizin şəhid olması xəbərini yazmış, amma bu da yalan çıxdı.

Hər şey ortadadır: bu adamlar ölkəyə qara yaxmaq üçün hər vasitəyə əl atmağa hazırdırlar. Qara yaxmaq üçün heç nə olmayanda isə onu uydururlar. Amma daha uydurmaq əvvəlki kimi asan deyil: çünki hər şey ortadadır. İnsanlar yalanı görür və yalançının üzünə vururlar!

AzVision.az


Teqlər:





Xəbər lenti