Ötən il Azərbaycanda 4528 zəlzələ olub

Ötən il Azərbaycanda 4528 zəlzələ olub
  27 Yanvar 2017    Oxunub:1601
2016-cı ildə Respublika Seysmoloji Xidmət Mərkəzinin 35 daimi rəqəmsal stansiyaların məlumatları əsasında 10104 yeraltı təkan qeydə alınıb.

Zəlzələlərdən 4528-i Azərbaycanda, 3616-sı sərhədə yaxın və 1960-ı isə uzaqda baş verib. Yeraltı təkanların müşahidə edildiyi ən aktiv zona isə Şamaxı-İsmayıllı zonasıdır.

Bu rəqəmləri Azərtac-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli açıqlayıb.

Son bir neçə ildə ən çox zəlzələ 2015-ci ildə baş verib və 4800 təkan qeydə alınıb. Bu da onu deməyə əsas verir ki, ötən il baş verən zəlzələlərin sayında əvvəlki ilə nisbətən azalma müşahidə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti