Şəhidin nəşinin qaytarılması prezidentin nəzarətindədir

Şəhidin nəşinin qaytarılması prezidentin nəzarətindədir
  28 Yanvar 2017    Oxunub:1957
Azərbaycanın şəhid əsgəri Çingiz Qurbanovun nəşinin qaytarılması ilə bağlı məsələ prezident İlham Əliyevin nəzarətindədir.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi əsgərimizin nəşini qaytarmamaqla növbəti dəfə öz çirkinliyini nümayiş etdirir. Baş nazirin müavini əsgərimizin nəşinin qaytarılacağına şübhə etmir.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti