Medvedevin yüksək vəzifə verdiyi azərbaycanlı kimdir? - DOSYE

Medvedevin yüksək vəzifə verdiyi azərbaycanlı kimdir? - DOSYE
  31 Yanvar 2017    Oxunub:23645
Xəbər verdiyimiz kimi, Rusiyanın baş naziri Dmitri Medvedev 38 yaşlı azərbaycanlı Azər Talıbovu iqtisadi inkişaf nazirinin müavini təyin edib.

Azər Talıbov bu təyinata qədər Rusiya Mərkəzi Bank sədrinin katibliyinin rəhbəri vəzifəsini tutub. Həmyerlimiz yeni vəzifəsində İqor Revanı əvəz edəcək.

AzVision.az xəbər verir ki, 1979-cu ildə Moskva şəhərində doğulan Azər Talıbov 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutda magistr dərəcəsi alıb. 2002-ci ildən 2008-ci ilədək İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2008-ci ildən 2012-ci ilədək iqtisadi inkişaf nazirinin köməkçisi işləyib. 2012-ci ilin iyununda Rusiya prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifədə 2013-cü ilin iyul ayına qədər çalışıb. Ondan sonra isə Rusiya Mərkəzi Bankının sədrinin katibliyinin rəhbəri təyin olunub.

Soydaşımız Rusiya prezidenti tərəfindən "II dərəcəli Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə təltif olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti