Ehsan Zahidovdan yeni vəzifəsi ilə bağlı ilk Açıqlama

Ehsan Zahidovdan yeni vəzifəsi ilə bağlı ilk Açıqlama
  01 Fevral 2017    Oxunub:2652
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olunub.
AzVision.az xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə bu vəzifəyə DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov təyin edilib.

Faktı AzVision.az-a təsdiqləyən E.Zahidov bildirib ki, bundan sonra da jurnalistlərlə yüksək səviyyədə əməkdaşlığı davam etdirəcək.

“Bizim xidməti vəzifəmiz odur ki, mətbuat nümayəndələri ilə əlaqələrimizi daim yüksək səviyədə quraq, daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə həyata keçirdiyi tədbirlər barədə ictimaiyyətə vaxtlı-vaxtında məlumatları media vasitəsilə ötürək”.

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə bu qurumun rəhbəri Sadiq Gözəlov xidmətdə olmanın yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti