Donuzdan bir tük də QƏNİMƏT-dir - Mehman Muradlı yazır

Donuzdan bir tük də QƏNİMƏT-dir - Mehman Muradlı yazır
  02 Fevral 2017    Oxunub:36339
Mehman Muradlı
`Azadlıq` qəzetinin keçmiş hüquqşünası
AzVision.az üçün

Adların mənasına fikir verən deyildim. Amma dünən saytlarda dərc edilən xəbəri oxuyanda başa düşdüm ki, səhv etmişəm. Həmin xəbərdə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin şantajla və digər yollarla əldə etdiyi pullardan söhbət gedirdi.

Yazıda maraqlı adlar da var idi. Amma adların üstündə xüsusi daynmağa ehtiyac görmürəm. Ehtiyac gördüyüm başqa məqam var.

...“Azadlıq” qəzeti əməkdaşlarının həftəyə 6 “şirvan”a işləyən vaxtlar idi. Soyuq fevral ayı, həftənin sonu. Əməkdaşlar həftəlik maaşlarını gözləyirdi. Hazırda sayt rəhbəri olan, həmin dövrdə “Azadlıq” qəzetinin əməkdaşı kimi çalışan Qadir İbrahimli yadıma düşdü.

Qadirin atası ağır xəstə idi. Qadir də Lənkərana – atasının yanına getməliydi. İş saatı bitənə kimi gözlədi ki, Qənimət onun əmək haqqısını verəcək. Amma nahaq - əmək haqqı verilmədi. Qadir kimdənsə borc alıb, Lənkərana getdi.

Bu hadisədən bir neçə saat sonra isə Qənimətin sədası “Üç Palma”dan, eyş-işrət məclisindən gəldi. Cibində də nə az, nə çox, 2 min dollar. Amma Qadirin halal haqqı olan 6 “şirvan”ı (15 dollar) verməyə qıymamışdı...


Qənimətin hər şeyə qənimət kimi baxmağı onu tanıyan hər kəsə məlumdu. Hətta SSRİ-nin yeni-yeni dağılmağa başladığı vaxtlarda Qənimətin can bir qardaşı olan Rahim Hacıyevlə Vilnüs səfərində Rahimi pulsuz orada qoyub qaçmağı da hər kəsə məlumdur. Deməli, Litva cəbhəçilərinin dəvətilə Qənimət və Rahim Vilnüsa gediblərmiş. Orada işlərini yekunlaşdırandan sonra litvalı həmkarları Qənimətə yol və digər xərcləri üçün (yəqin orada da “Üç Palma” olmamış olmazdı) pul veriblər. Qənimət də fikirləşib ki, Rahimə pul verməsin. Gecəykən Rahimi oteldə yatılı qoyub, Bakıya qayıtmışdı. Rahim bir neçə gün orada pulsuz qalandan sonra Litva cəbhəçiləri onu da geri qaytarmışdılar.

Ümumiyyətlə, harada pul iyi var idisə, Qənimət həmişə orada olub. Hətta XAP (Xalq Azadlıq Partiyası) sədri olanda da belə.

İnternet resursların işlək olmayan vaxtı - yəni sayt-filan yox idi, qəzetlər kağız formatda çıxırdılar,- Qənimət samballı bir məbləğin qarşılığında Avropada yaşayan və oradan qaçqın statusu almaq istəyən “vətəndaşımıza” 2 il əvvəlki tarixlə 50 nüsxə qəzet çap etdirmişdi. Çünki ona güya Azərbaycanda təzyiqlərin olması haqqında köhnə tarixlə çıxmış qəzet materialı lazım idi. Bunun üçün aldığı pul isə heç də az deyildi...

Pul hərisliyi Qəniməti doğma qardaşından imtinaya qədər gətirib çıxartdı. Mirzə Sakitə çatacaq pulun ona verilməməsi göstərişi heç kimin yadından çıxmayıb.

P.S. Bu yazıda adlarını çəkdiyim hər üç şəxs sağdır. Bu işlərdə isə Fatmagülün heç bir günahı yoxdur.

P.P.S. Zahidin bir barmağını kəssən, dönüb həqqdən qaçar.


Teqlər:  





Xəbər lenti