Bakıda Müsavata qarşı etiraz aksiyası keçirildi - Fotolar

Bakıda Müsavata qarşı etiraz aksiyası keçirildi - Fotolar
  02 Fevral 2017    Oxunub:3996
Bu gün Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçirib.
AzVision.az-ın məlumatına görə, bir qrup gənc Müsavat rəhbərliyinin Novxanıda keçirilən tədbirdəki çıxışına etirazını bildirib.

Aksiya zamanı “İsa Qəmbər şərəfsizlik simvoludur!”, “İsa Qəmbər uğursuzluq simvoludur!”, “İdarəçiliyini gördük, daha hər-mərclik istəmirik”, “Sən artıq tarixin zibilliyinə atılan siyasi meyitsən!”, “Ar olsun!”, “Natamam elmi işçi və uğursuz siyasətçi müasir gəncliyə hansı nümunə göstərə bilər?”, “Müsavat irsi ilə, M.Ə.Rəsulzadə adı ilə alver etmə! Sənə artıq heç kəs inanmır!”, “Sən nəinki ölkəni, heç kolxozu da idarə edə bilməzsən!”, “Kreslo hərisi, kabineti niyə tərk etmirsən?!”, "İsa Qənbər, cavab ver! Torpaqları satan şərəfsiz! Bir il hakimiyyəti dövründə torpaqların 20 faizini satan alçaq", "Azərbaycan torpaqlarını işğal edənlərdən biri də İsa Qəmbərdir", "Hakimiyyətdə olduğun dövrdə 7 nəfəri güllələtdirən satqın!", "Çıx ölkədən, sənin Azərbaycanda yaşamağa haqqın yoxdur!", "Milli satqın!", "Çıx, Azərbaycan gəncliyinə cavab ver!" kimi şüarlar səsləndirilib.









Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti