Daxili orqanından 354 qram qızıl çıxdı

Daxili orqanından 354 qram qızıl çıxdı
  02 Fevral 2017    Oxunub:2050
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və gömrük bəyannaməsinin bəndləri üzrə sorğu-sual edilib. Vətəndaş isə üzərində gömrüyə bəyan ediləsi və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı bir əşyanın olmadığını bildirib.

Lakin şəxsi yoxlama zamanı, gömrük əməkdaşının vətəndaşı bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra, həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini bildirib.

Daha sonra, yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını - 12 ədəd üzük, 7 cüt sırğa, 2 ədəd qolbaq, 3 ədəd qolçaq, 4 ədəd boyunbağı və 1 ədəd kolyeni çıxararaq gömrük nəzarətinə təqdim edib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 354,70 qram olan 875/916 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti