Anti-Azərbaycançıların Brüssel təlaşı: `Atasını da pula satar..`

Anti-Azərbaycançıların Brüssel təlaşı: `Atasını da pula satar..`
  04 Fevral 2017    Oxunub:4191
Bilindiyi kimi, prezident İlham Əliyev yanvarın 6-da Brusselə səfər edəcək. Ölkə başçısı səfər çərçivəsində Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşəcək. Səfərdə əsas məqsəd Avropa İttifaqı (Aİ) ilə yeni tərəfdaşlıq münasibətlərinə dair sazişin şərtlərini müzakirə etməkdir.

Brüssel səfəri Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni fazaya keçməsindən xəbər verir. Siyasi ekspertlər hesab edirlər ki, müzakirələr Aİ-nin Azərbaycanla sıx əməkdaşlığa maraqlı olmasından irəli gəlir.

Nüfuzlu “Politico” nəşrinin verdiyi xəbərə görə, Rusiyadan qaz asılılığını azaltmaq istəyən Avropa İttifaqı üçün Azərbaycanla münasibətlər xüsusi önəm kəsib edir. Hətta gözlənilir ki, Avropa İttifaqı 2019-cü ildən Gürcüstan, Türkiyə, Albaniya və İtaliyadan keçəcək Cənubi Qafqaz qaz kəməri vasitəsilə ildə 10 milyard kubmetr qaz alacaq.

Aİ-Azərbaycan münasibətlərinin genişlənməsi ölkənin nüzuna xələl gətirmək istəyən qüvvələri ciddi şəkildə narahat etməyə başlayıb. Anti-Azərbaycan kampaniyasının fəal iştirakçılar bu məqsədlə Avropa Parlamentində Azərbaycanda insan haqları və demokratiya ilə bağlı dinləmələrin keçirilməsini planlaşdırıb.

Məqsəd “insan haqlarını” əldə bayraq tutub Aİ-Azərbaycan münasibətlərinə və strateji sazişin müzakirəsinə kölgə salmaqdır. Dinləmələrdə iştirak edəcək şəxslər bunlardır: Avropa parlamentinin dörd üzvü - Kati Piri (Hollandiya), Aleksandr Lambsdorf (Almaniya), Ulrike Lunarçik (Avstriya) və Yaromir Stertina (Çexiya), “Meydan” TV-nin rəhbəri Emin Milli və jurnalist Xədicə İsmayıl (skayp vasitəsilə).

Adları çəkilən şəxslərin Anti-Azərbaycançı olduğu heç kimə sirr deyil.



Ulrike Lunarçik Avropada antiAzərbaycan kampaniyasının öndə gələn sima(sız)larındadır. 60 yaşın astanasında olan Ulrike Lunaçek Avstriyada gey və lezbiyanların təşkil etdiyi ictimai kampaniyanın təqdimatı ilə məşhurlaşıb.

Seksual azlıqları təmsil edən Lunaçek 2013-cü ildə Avropa Parlamentinin vitse-prezidenti seçilib. O, eyni zamanda Avropa Parlamentində Avstriya “Yaşıllar qrupu”nun rəhbəri, lesbiyan, gey, biseksual, transseksualların (LGBT) hüquqları üzrə qruplararası komitənin başçısıdır. Cinsi azlıqlara xüsusi hüquq və imtiyazların tanınması barədə hesabatı ilə məşhur olan Lunaçek Avropa Birliyi ölkələrində 4 yaşlı uşaqlara “seksual tərbiyə və tədris”i nəzərdə tutan qanun layihəsini irəli sürdüyünə görə Avropada qınaq obyektinə tuş gəlib.

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin üzvü olan Lunaçek işğalçı ölkəni açıq-aşkar dəstəkləyərək Ermənistanın vəkili qismində çıxış edib. Onun cinsi oriyentasiyasında olduğu kimi, siyasi oriyentasiyasında da problemlər var. Bu baxımdan Lunaçekin Azərbaycana qarşı təşkil edilən qaralama kampaniyada yer alması heç kimdə təəccüb doğurmur.

O, həmçkinin Avropa Parlamentində Azərbaycan əleyhinə qərəzli şəkildə qəbul olunan qətnamənin əsas təşəbbüskarlarından biridir. Prezident İlham Əliyev onun layiqli cavabını verərək Azərbaycana olan qərəzini, ikiüzlülüyünü ifşa etmiş, Lunaçeki istefa verməyə çağırmışdı.



Dinləmələrdə iştirak edəcək Kati Piri də ermənipərəst mövqeyi ilə seçilir. Onun Ulrike Lunaçek ilə sıx münasibətləri var. Siyasi müstəvidə Kati Piri pulgirliyi ilə ad çıxarıb. Onun haqqında “atasını da pula satar” kimi fikir formalaşıb. Kati Piri çıxışlarında PKK terror təşkilatına dəstək nümayiş etdirib.



Özü anti-milli olan Emin Milli Azərbaycan əleyhinə kampaniya aparan qüvvələrin və erməni lobbisinin maraqlarına xidmət etmək üçün yaradılan “Meydan TV”-nin rəhbəridir. Emin Milli və onun rəhbəri olduğu media qurumunun əsas məqsədi Azərbaycanla bağlı mənfi yüklü xəbərləri tirajlamaq, bununla ölkəmizin beynəlxalq aləmdə imicinə zərbə vurmaqdır. Göründü kimi Emin Milli heç də “milli” deyil. O, xaricdəki separatçı dostlarının birbaşa sifarişini yerinə yetirir. Onun üçün Azərbaycanı daha çox ləkələmək, daha çox pul deməkdir.



Xədicə İsmayıl çirkin kampaniynanın başda gedənlərindəndir. Özünü gah “jurnalist”, gah da “hüquq müdafiəçi” kimi təqdim edən X.İsmayıl əliqanlı ermənilərdən heç nə ilə fərqlənmir. O, əsl ermənipərəst xislətini dəfələrlə nümayiş etdirib. Bu haqda daha geniş danışmaq olar. Azərbaycana atılan hər daşın altından o çıxır. Bu, həmin Xədicədir ki, erməni dostları ilə əlbir olub öz ölkəsinə dal çevirmişdi.

Adlarını çəkdiyimiz bu insanlar (əgər onlara insan demək olarsa) anlamırlar ki, hər dəfə çeynənmiş mövzuları ortaya atmaqla heç nəyə nail ola bilməyəcəklər. Onların istənilən cəhdləri Avropa İttifaqı-Azərbaycan münasibətlərinə xələlə gətirə bilməz. Belə dinləmələr ürək bulandırmaqdan başqa bir şey deyil.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti