Oğurluq hadisələrinin üstü açılıb

Oğurluq hadisələrinin üstü açılıb
  04 Fevral 2017    Oxunub:1953
Azərbaycanda bir sıra oğurluq hadisələrinin üstü açılıb.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata əsasən, ynvarın 24-də nəqliyyat vasitəsini qaçırdığına görə, tutulan Nahid Qasımovun ətrafında DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun yanvarın 3-də rayon ərazisində Bakı şəhər sakini Vüsal Abdullayevə məxsus "VAZ-2106" markalı avtomobildən 600 manat pul və maqnitofon oğurlaması da müəyyən edilib.

Bundan başqa bir neçə hadisələrin də üstü açılıb. Fevralın 3-də saat 5.00 radələrində Xətai rayonunun M.Hadi küçəsində yerləşən mağazalardan birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn RMİ əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Ramin Məhərrəmov saxlanılaraq 36-cı PB-yə təhvil verilib.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon ərazisindəki evlərdən birindən 45 metr elektrik kabeli və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Qafar Salamov və Rüfət Şirinov tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların rayon ərazisində daha bir evdən pul və məişət əşyaları oğurlamaları da müəyyən edilib.


Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazisindəki evlərdən birindən 27 manat pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Namiq Abbasov tutulub.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Bakı şəhər sakini Rac Abramova məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Həşimov saxlanılıb.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də şəhər sakini Zeynəb Həsənovanın içərisində 65 manat və 50 rus rublu, habelə ətir və sənəd olan çantasını oğurlamaqda şübhəli bilinən həmyerlisi İqbal Hüseynli tutulub.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 2-də Gəncə şəhəri ərazisindəki evlərdən birindən 30 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Orxan Poladov və İlkin Muradov tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların daha 2 evdən 25 metr elektrik naqili və təmir-tikinti alətləri oğurlamaları da müəyyən edilib.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də Gəncə şəhəri ərazisindəki evlərdən birindən 20 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəhər sakini Xəyal Qarayev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun şəhər ərazisindəki 2 yardımçı təsərrüfatdan ev quşu, habelə 1 evdən 60 metr rabitə kabeli oğurlaması da müəyyən edilib.

Oğurluq etdiyinə görə fevralın 2-də tutulan Arzu Əsgərlinin, Əli Yusifovun və Qurban Məmmədovun ətrafında Goranboy RPŞ və Şəmkir RPŞ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların Şəmkir rayonu ərazisində daha 3 mağazadan pul, ərzaq məhsulları, spirtli içki və tütün məmulatları oğurlamaları da müəyyən edilib.

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-nə keçən gecə Təzəkənd kəndindəki mağazalardan birindən qapının qıfılını sındırmaq yolu ilə 140 manat və 270 rus rublu oğurlamaqda şübhəli bilinən kənd sakini İslam Fətiyev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 1 mağazadan 200 manat pul və danışıq kartları oğurlaması da müəyyən edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti