BQXK şəhidin nəşinin qaytarılmasında yardımçı olub

BQXK şəhidin nəşinin qaytarılmasında yardımçı olub
  05 Fevral 2017    Oxunub:1673
Beynəlxalq Qızıl Xaç Komitəsi şəhid olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun nəşinin qayarılamsı ilə bağlı məlumat yayıb.

Fevralın 6-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı azərbaycanlı hərbiçini meyiti geri qaytarılıb. Təhvilvermə beynəlxalq sərhəddə - Ermənistanın İcevan və Azərbaycanın Qazax şəhərləri arasındakı yolda baş tutub

29 dekabr 2016-cı ildə beynəlxalq sərhəddə baş verən hadisədən dərhal sonra BQXK, əsgərin nəşinin qaytarılması üçün öz neytral vasitəçi xidmətlərini təklif etmişdir.

Keçən il Dağlıq Qarabağ münaqişəsinin aprel gərginləşməsindən sonra BQXK, tərəflərə bir neçə dəfə meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirməsinə dəstək verib. BQXK həmçinin, meyitlərin qaytarılmasında da yardımçı olub.

BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri regionda humanitar fəaliyyətini həyata keçirir.

AzVision.az


Teqlər:





Xəbər lenti