İlham Əliyev Avropa İttifaqı ilə danışıqlara başlayır - (YENİLƏNİR)

İlham Əliyev Avropa İttifaqı ilə danışıqlara başlayır - (YENİLƏNİR)
  06 Fevral 2017    Oxunub:5696
Belçikada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin görüşlər planı açıqlanıb.

AzVision.az Avropa ittifaqının rəsmi saytına istinadən xəbər verir ki, bu gün günorta saatlarında Azərbaycan prezidenti Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüş keçirəcək.

Ölkə baçısının daha sonra Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşü nəzərdə tutulub. Görüşdən sonra tərəflərin mətbuata açıqlama ilə çıxışı gözlənilir.

Prezident İlham Əliyev, həmçinin Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerlə görüşəcək.

***
(09:35)

Azərbaycan prezidenti İlham Əliyev bu gün Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə və digər rəsmilərlə görüş keçirəcək.

AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, səfərdə əsas məqsəd Avropa İttifaqı (Aİ) ilə yeni tərəfdaşlıq münasibətlərinə dair sazişin şərtlərini müzakirə etməkdir.

Qeyd edək ki, Azərbaycan prezidenti ötən gün Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfərə gedib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti