`Köçkünlər aylıq müavinətdən imtina edirlər` - Deputat
Güzəştli kommunal xidmətdən qənaətlə istifadə edən bəzi ailələr var ki, onların hesabında hələ də kifayət qədər vəsait qalıb. Bunun əksinə olaraq, kommunal borcları ödənilməyən köçkün ailələr də mövcuddur.
Köçkünlərin kommunal borcları və istifadə olunmayan vəsaitlərin aqibəti necə olacaq?
Cəbrayıldan seçilən deputat Astan Şahverdiyev AzVision.az-a bildirib ki, kommunal xidmətlərdən qənaətlə istifadə edən məcburi köçkün ailələrinin hesabında qalan vəsaitlərin onlara verilməsi yaxşı olardı. Deputat bu məsələnin məcburi köçkünlərin xeyrinə həll olunmasını dəstəklədiyini deyib.
A.Şahverdiyev qeyd edib ki, bu günlərdə 300-dən çox məcburi köçkün aylıq müavinətdən könüllü olaraq imtina edib: “Məcburi köçkünlər ərizə yazaraq vahid aylıq müavinətdən könüllü olaraq imtina edirlər. Onlar bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini istəyirlər”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: