Siyasi marağı üçün erməni ilə də əməkdaşlıq edən Emin Milli

Siyasi marağı üçün erməni ilə də əməkdaşlıq edən Emin Milli
  07 Fevral 2017    Oxunub:2508
Azərbaycan prezidenti İlham Əliyevin Avropa Parlamentinin sədri ilə görüşdən imtina etməsindən qəzəblənən və ağzı köpüklü çıxış edən Emin Millinin dünənki sirkinin təşkilatçılarından biri cinsi azlıqların nümayəndəsi və müdafiəçisi, deputat Ulrike Lunaçekin Avropa Parlamentində ermənilərə verdiyi siyasi dəstəyi sübut edən dosyeni sizə təqdim edirik.

Ulrike Lunaçek Avropa Parlamentinin vitse-prezidentidir. Erməni lobbisinin Avropa Parlamentində ən güclü lobbistidir və siyasi fəaliyyətini isə cinsi azlıqların və ermənilərin müdafiəsinə həsr edib.

Əgər xatırlıyırsınızsa, 2015-ci ilin 13-14 aprel tarixlərində Avropa Parlamentində “erməni soyqırımı”nın tanınmasına və 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd edilməsilə bağlı qətnamə qəbul edilmişdir. Həmin qətnamənin təşəbbüskarı Ulrike Lunaçekdir.

Bununla bağlı məlumat Avropa Parlamentinin internet səhifəsində qeyd edilib, eyni zamanda aşağıdakı videoda onun “erməni soyqırımı”nın bütün Avropa ölkələrində tanınması ilə bağlı çağırışına baxa bilərsiniz. O bununla da kifayətlənmir, bu uydurma erməni soyqırımı iddiasının Türkiyə Respublikası tərəfindən tanınmasını tələb edir.



Daha sonra Ermənistanın Xarici İşlər Nazirliyinin internet səhifəsində qeyd edilir ki, 2015-ci il 7 aprel tarixində Avropa Parlamentinin vitse-presidenti Ulrike Lunacekin dəstəyi ilə Avropa Komissiyasının binasında “erməni soyqırımın” 100 illiyi ilə bağlı anma tədbiri təşkil edilmişdir. Tədbirdə çıxış edən Ulrike, bu məsələdə Ermənistana Avropa Parlamentində dəstək olacağına, “erməni soyqırım”ın bütün Avropa ölkələrində tanınması ilə bağlı qətnamənin qəbul edilməsinin əhəmiyyətindən danışıb.



Gördüyünüz kimi, Ulrike Lunaçek ermənilərin Avropa Parlamentində ən böyük lobbistidir. Bunu Emin Milli də yaxşı bilir. Sadəcə tədbirin təşkili üçün Lunaçek ona lazım idi, bu anda isə fərqi yoxdur, Lunaçek ermənidir ya yox. Ancaq bu tip yaramazları Azərbaycan xalqı yaxşı tanıyır. Maraqları üçün şeytanla da əməkdaşlıq edən Əli Kərimli, radikal dindarlardan dəstək alan realçılar, ermənilərlə əməkdaşlıq edən Emin Milli hamısı bir bezin qırağı, sifariş edilən bir siyasi kursun davamçılarıdır.

Araşdırmamız davam edir, tədbirdə iştirak edən digər şəxslərlə bağlı dosyelerimiz sizə təqdim ediləcək.


Teqlər:  





Xəbər lenti