`Bu, Ermənistan üzərində növbəti qələbəmizdir` - General

`Bu, Ermənistan üzərində növbəti qələbəmizdir` - General
  08 Fevral 2017    Oxunub:5653
“Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi əhəmiyyətli qərardır”

Bunu AzVision.az-a sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

Ehtiyatda olan general-leytenant bildirib ki, Lapşinin ekstradisiyası Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etmək istəyənlərə ciddi mesajdır.

“Həmin şəxs Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. Beynəlxalq ictimaiyyət tanıyır ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Həmin şəxs isə Ermənistan tərəfdən ora səfər edib. Dağlıq Qarabağ ərazisinə Ermənistan tərəfdən keçən hər bir şəxs bilməlidir ki, Azərbaycan əlindən gələni edəcək ki, onlar məsuliyyətə cəlb olunsun”.

Y.Aydəmirov Lapşinin ekstradisiyasını Azərbaycanın Ermənistan üzərinə növbəti qələbəsi kimi qiymətləndirib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti