Bakı Mühəndislik Universiteti ilə bağlı qərar verildi

Bakı Mühəndislik Universiteti ilə bağlı qərar verildi
  09 Fevral 2017    Oxunub:4554
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

“ “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ali təhsil müəssisələri” bölməsinə aşağıdakı məzmunda 21-1-ci hissə əlavə edilsin:

“21-1. Bakı Mühəndislik Universiteti” ”.

Bununla da Bakı Mühəndislik Universiteti Təhsil Nazirliyinin strukturu hesab edilməyəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti