`Lapşinin ekstradisiyası hər kəsə mesajdır` - Bahar Muradova

`Lapşinin ekstradisiyası hər kəsə mesajdır` - Bahar Muradova
  10 Fevral 2017    Oxunub:1666
“Bu, Azərbaycan diplomatiyasının, ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən işin müsbət nəticəsidir”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova Rusiya və İsrail vətəndaşı, bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın "Dövlət sərhədi haqqında" və digər qanunlarını pozaraq Azərbaycan ərazisinə səfərlər etməklə kifayətlənməyib, separatçı rejimə dəstək verərək onun təbliği ilə məşğul olan bir şəxsin bir neçə ölkənin vətəndaşı olmasına rəğmən ekstradisiya edilməsi bu sahədə bu günə qədər pozucu mövqedə duran hər kəsə bir mesajdır:

“Bu, eyni zamanda Azərbaycan dövlətinin Dağlıq Qarabağa münasibətdə belə qanun pozuntuları ilə müşahidə olunan cəhdlərə göstərdiyi qətiyyətli mövqeyin nəticəsidir. Hesab edirəm ki, bu çəkindirici xarakter daşıyır. Bu məsələ indiyədək Azəraycana qarşı belə hərəkətə yol verənlərin öz səhvini anlaması və Azərbaycan hökumətinin müvafiq qurumlarına müraciət edərək belə bir yanlışlığa yol verdikləri üçün üzrüxahlıq etməsinə şərait yaradır.

Eyni zamanda, digər ölkələrin vətəndaşlarına bu işi təşkil edən Ermənistan, erməni lobbisinin təşviqatına, yalançı təbliğatına uymamaq üçün mesajdır. Hesab edirəm ki, hər kəs bundan öz ibrətini və dərsini götürməlidir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti