Ramin Quluzadə vətəndaşlarla görüşüb

Ramin Quluzadə vətəndaşlarla görüşüb
  10 Fevral 2017    Oxunub:1507
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə fevralın 10-da Şirvanda Yeni Azərbaycan Partiyası (YAP) şəhər təşkilatının qərargahında vətəndaşlarla görüşüb.
Nazir Ramin Quluzadə və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül-çiçək qoyub, xatirəsini ehtiramla yad ediblər. Sonra nazir Şirvan şəhər, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb. Nazir Ramin Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Sonra nazir Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb. Tədbirdə müvafiq sahə rəhbərlərinə işlərində ciddi dönüş yaratmaları ilə bağlı tapşırıqlar verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti