Bakıda zəlzələ təhlükəsi yoxlanılacaq

Bakıda zəlzələ təhlükəsi yoxlanılacaq
  10 Fevral 2017    Oxunub:2895
“Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması, paytaxtda olan seysmik təhlükəli zonaların müəyyən edilməsi və seysmik riskin qiymətləndirilməsi layihəsi çərçivəsində aprel ayından işlərə başlanılacaq”.

Bunu AzVision.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

Qurum rəsmisinin sözlərinə görə, pilot layihəyə ilk olaraq Səbail rayonunda başlanılacaq.

“Almaniya GFZ Geoelmlər üzrə Alman Araşdırma Mərkəzi ilə razılaşma əldə olunub, yazışmalar gedir, maliyyə məsələlərini həll edirik. Burada maliyyə məsələsi almanlar tərəfindən həll ediləcək. Pilot layihə ilk olaraq Səbail rayonunda başlayacaq. Sonradan bu iş Bakının digər rayonlarında aparılacaq. Layihə işin gedişatından asılı olaraq ən azı 3-4 il çəkəcək. Müəyyən müddət cihazların quraşdırılması, 6 aydan bir yerlərinin sürüşdürülməsi olacaq, şəbəkə qurulacaq və məlumatlar emal olunacaq”.

Q.Yetirmişli qeyd edib ki, bu günə qədər Bakının seysmik mikrarayonlaşdırılması xəritəsi olmayıb. “1950-ci illərin ortalarında primitiv xəitə hazırlanıb. Lakin Sovet dövründə Azərbaycanın seysmik rayonlaşdırılma xəritəsi olub. Bu da öz aktuallığını çoxdan itirib. Həmin xəritə primitiv idi. Xəritədə zonalar var idi ki, 7 bal göstərilirdi, halbuki orada 9 baldan çox zəlzələr olub. Bakı ərazisi üzrə işlər bitdikdən sonra Azərbaycanın digər rayonlarının da yeni seysmik xəritələri hazırlanacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti