`Lapşin Kəlbəcər girovları ilə dəyişdirilsin` - Təklif

`Lapşin Kəlbəcər girovları ilə dəyişdirilsin` - Təklif
  13 Fevral 2017    Oxunub:48806
Ötən gün Kəlbəcər girovlarının Hüquqlarını Müdafiə Komitəsinin təcili toplantısı keçirilib.
Bu barədə AzVision.az-a girov Dilqəm Əsgərovun qardaşı Sahib Musayev deyib. Onun sözlərinə görə, iclas zamanı bloqqer Aleksandr Lapşinin Kəlbəcər girovları lə dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılıb. Bununla bağlı prezidentə müraciət edilməsi haqda qərar qəbul edlib.

Kəlbəcər girovlarının Hüquqlarını Müdafiə Komitəsinin üzvü Akif Nağı məlumatı təqdiqləyib: “Hazırda müraciət məktubunun mətnini hazırlayırıq. Məktub hazır olan kimi, Dövlət başçısı İlham Əliyevə göndərəcəyik”.

Qeyd edək ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti