Deputatlar 6 məsələni müzakirə edəcək

Deputatlar 6 məsələni müzakirə edəcək
  13 Fevral 2017    Oxunub:2070
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası fevralın 14-də keçiriləcək.
Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. O, bildirib ki, iclasın gündəliyinə 6 məsələ daxildir.

“Bunlar Milli Məclisin komitəsinin üzvünün seçilməsi haqqında, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, Meşə Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişiklik, “Hərbi vəziyyət haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanun layihələri II oxunuşda müzakirəyə çıxarılacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti