`Şahin Mirzəyev satqın, vətən xainidir` - Tanınmış siyasətçilər

`Şahin Mirzəyev satqın, vətən xainidir` - Tanınmış siyasətçilər
  13 Fevral 2017    Oxunub:19781
Talış Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü və “Tolişi Sado” qəzetinin əməkdaşı olduğu deyilən Şahin Mirzəyevin Ermənsitandan “müvəqqəti sığınacaq” istəməsi siyasi müstəvidə haqlı olaraq etirazla qarşılanıb. Ş.Mirzəzadənin bu xain hərəkətindən sonra ailəsi ondan imtina edib, atası Sayil Mirzəyev onu heç vaxt bağışlamayacağını deyib.
Millət vəkili Elman Nəsirov hesab edir ki, Şahin Mirzəyevin düşmən ölkəyə sığınması sapı özümüdən olan baltaların, “beşinci kolon”nun işidir.

“Belə insanlarda vətən sevgisi olmur. Onlar alqı-satqı obyektidirlər. Yəni, hər zaman əldə alət olublar. Hesab edirəm ki, Şahin Mirzəyev də alınıb satılan adamlardan biridir. Bu adam üçün vətən, xalq məfhumu yoxdur. Onlar üçün əsas dəyər puldur. Kim bu pulu verirsə, onun üçün işləyirlər. Onlar pulla Ermənistan tərəfinə işləyirlər”.

E.Nəsirov qeyd edib ki, Ermənistan Şahin Mirzəyev kimi xain insanların əli ilə Azərbaycanı ləkələməyə çalışır: “Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, etnosların daşıyıcıları bir ailə kimi yaşayırlar. Bu, bizi son dərəcə güclü edir. Eyni zamanda bizim gələcəyimizin təminatıdır. Biz bu modeli dünyaya göstəririk ki, belə davranış tərzi ilə dünyanı bir çox bəlalardan hifz etmək olar. Bizi sevməyən qüvvələr, düşmən Ermənistan çalışır ki, məhz bu nöqtədən mexanizmləri işə salsın. Guya talışların “halına yandıqlarından” bu məsələləri qaldırırlar. Halbuki, talışların Azərbaycanda hüquqlarının tapdanması ilə bağlı heç bir hal yoxdur”.



Deputatın sözlərinə görə, talışlar tarixən Azərbaycan torpaqlarında yaşayıblar: “Onlar Azərbaycandakı sabitliyin təminatında çox böyük rol oynayırlar. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin siyasətini yüksək səviyyədə dəstəkləyirlər. Ümumiyyətlə bizdə belə bir problem yoxdur. Təəssüf ki, Ermənistan Şahin Mirzəyev kimi adamlardan istifadə edərək, cəmiyyətdə süni yolla gərginlik yaratmaq istəyir. Talışlar da, Azərbaycanda yaşayan digər etnoslar kimi sabitliyin, inkişafın təminatçısı qismində iştirak edirlər, prezidentin siyasi kursunu dəstəkləyirlər. Cənab prezident də xalqımızın mənafeyindən çıxış edən siyasət həyata keçirir. Hesab edirəm ki, belə təxribatçı addımların nəticəsi olmayacaq. Təəssüf ki, özünü talış kimi təqdim edən, erməniyə satılmış Şahin Mirzəyev kimi adamalar süni yolla gərginlik yaratmağa, təfriqə salmağa çalışırlar”.



Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, bu, ermənilərin Azərbaycana qarşı Dağlıq Qarabağda apardığı separatizm siyasətinin tərkib hissəsidir: “Məhz buna görə ermənilər çalışırlar ki, talışlar və ya digər etnik qrupların separatist meyillərini alovlandırsınlar. Özlərini haqlı göstərmək üçün Azərbaycan qarşı cəbhə yaratmaq istəyirlər. Bütün bunlar ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün əlavə arqumentlər əldə etmək niyyətindən irəli gəlir. Özlərinin separatist hərəkətlərinə haqq qazandırmağa çalışırlar”.

Politoloq Qabil Hüseynlinin fikrincə, Şahin Mirzəyevin əməli xainlikdir: “Bu məsələdə başqa bir ölkənin xüsusi xidmət orqanlarının əli var. Aleksandr Lapşinin ekstradisiyası, ölkəmizə keçən digər ermənilərin müqabilində belə bir provakasiyanın olması gözlənilən idi. Yəni, bu provakasiyanı hazırlamaqla bir növ ermənilərin pozulmuş imicini düzəltməyə çalışırlar”.



Q.Hüseynli qeyd edib ki, Ş.Mirzəyev Əlikram Hümbətovun adamıdır: “Bu adam guya ona qarşı ayrı-seçkilik olduğunu iddia edir. Deyir ki, həyat yoldaşı düzgün əməliyyat olunmayıb. Buna səbəb kimi talış olması ilə bağlı edilən ayrıseçkiliyi göstərir. O qədər yaxınlarımız əməliyyat olunub ki, içlərindən vəfat edənlər də var. Belə çıxır ki, bizədə ayrı seçkilik olub? Əsasızdır. Bundan başqa jurnalist olmadığı da ortaya çıxıb. Bu addan istifadə edərək alver edib. Müsavat partiyasında bir müddət üzv olub, sonradan xaric edilib. Bu şəxs Əlikram Hümbətovun adamıdır. Talış Mədəniyyət Mərkəzindən onun fəaliyyətindən narazılıq edilib. Görünür, hara gedibsə, oranı qatıb-qarışdırıb. İndi böyük pullar müqabilində Ermənistana göndəriblər. Satqının milliyəti olmur. Satqın elə satqındır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti