Vitse-spikerdən deputata irad: `Başınız ədəbiyyata qarışıb`

Vitse-spikerdən deputata irad: `Başınız ədəbiyyata qarışıb`
  14 Fevral 2017    Oxunub:1979
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov millət vəkili Fazil Mustafaya irad bildirib.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyət haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə fikirlərini bildirən deputat Fazil Mustafa “faktiki işğal olunduqda” ifadəsinə etiraz edib: “ Məgər virtual işğal da olur? İşğal elə işğaldır”.

Milli Məclis sədrinin birinci müavini Zifayət Əsgərov isə məsələyə aydınlıq gətirib. “Konstitusiyanın 111-ci maddəsinə diqqət etmək lazımdır. Orada qeyd olunur: “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda...” ardı da var. Başınız qarışıb bədii ədəbiyyata hüquq yadınızdan çıxıb”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti