`İndiyədək regionlara 39,5 milyard manat xərclənib`
O, bildirib ki, 2004-cü ildən indiyədək regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində 39,5 milyard manat vəsait xərclənib.
Süleyman İsmayılov əlavə edib ki, prezident İlham Əliyev 2016-cı il ərzində respublikanın bölgələrinə 23 dəfə, bəzi rayonlara hətta iki dəfə səfər edərək 64 yeni obyektin açılışında iştirak edib: “Respublikanın şəhər və rayonlarında çoxmənzilli yaşayış binalarının əsaslı təmiri, onların dam örtüklərinin dəyişdirilməsi, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni liftlərin quraşdırılması hazırda aktual məsələlərdən biridir. 2016-cı ildə ölkə Prezidenti 25 sərəncamı ilə bu məqsədlər üçün özünün ehtiyat fondundan 90 milyon manatdan çox vəsait ayırıb”.
AzVision.az