`Dağlıq Qarabağı heç bir dövlət tanımır` - Ziyafət Əsgərov

`Dağlıq Qarabağı heç bir dövlət tanımır` - Ziyafət Əsgərov
  17 Fevral 2017    Oxunub:1468
“İşğal edilmiş Azərbaycan ərazilərində ermənilərin keçirəcəyi qanunsuz “referendum”um heç bir hüquqi nəticəsi yoxdur”.
Bunu AzVision.az-a Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat veriblər:

“Dağlıq Qarabağ deyilən qondarma qurumu heç bir dövlət tanımır. Bu, dövlət deyil, qondarma bir qurumdur. Ona görə də onların indiyə qədər keçirdiyi “seçkilər”, o cümlədən indiki “referendum” da qondarmadır. Belə “seçkilər”in heç bir hüquqi əhəmiyyəti və nəticəsi yoxdur. Ona görə də biz bu “referendum”u tanımırıq. Sadəcə, onlar “referendum”u keçirməklə özlərini yada salmağa çalışırlar ki, biz də varıq. Yəni, dünya dövlətlərinə özlərini göstərsinlər ki, guya burda da “referendum” keçirilir. Dünya dövlətlərinin onları tanımadığını unudurlar”.

Z. Əsgərov deyib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və orada edilən bütün hüquqi prosedurlar yalnız Azərbaycanın icazəsi ilə baş verə bilər.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti