`Ermənistan ordusundakı ölümlərin səbəbi hərc-mərclikdir` - General

`Ermənistan ordusundakı ölümlərin səbəbi hərc-mərclikdir` - General
  18 Fevral 2017    Oxunub:1878
"Demoralizə edilmiş düşmən ordusunda bu kimi hallar yüksələn templə artmaqda davam edəcək".

Bunu işğal olunmuş ərazilərimizdə yerləşən Ermənistan ordusunda növbəti əsgər ölümü ilə bağlı məlumatı şərh edən sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Onun sözlərinə görə, son zamanlar Ermənistan ordusunda ölən və yaralananların sayının çoxalmasının səbəbləri erməni hərbçiləri arasında qarşılıqlı nizamnamə qaydalarının pozulması, intizamsızlıq, özbaşınalıq və ümumiyyətlə erməni cəmiyyətində hökm sürən hərc-mərclikdir.

Qeyd edək ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə xidmət keçən əsgəri 19 yaşlı Lernik Osyanın fevralın 18-də saat 11.45 radələrində döyüş postunda meyiti tapılıb. Hələlik naməlum şəraitdə öldüyü bildirilən Ermənistanın Lori vilayətinin Odzun kəndinin sakini L.Osyan ailənin tək övladı olub. (APA)

AzVision.az


Teqlər:





Xəbər lenti