Gömrükdən `beşbarmaq` geçirmək istədi

Gömrükdən `beşbarmaq` geçirmək istədi
  23 Fevral 2017    Oxunub:1419
Dubay-Bakı aviareysilə Azərbaycana gələn ölkə vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatıyla baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər.

Nəticədə, vətəndaşa məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti