Mazut idxalı gömrük rüsumundan azad edilir

Mazut idxalı gömrük rüsumundan azad edilir
  23 Fevral 2017    Oxunub:1213
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, dəyişiklik barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Dəyişikliyə əsasən Azərbaycanın 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Qərar 2018-ci il yanvarın 1-dək qüvvədədir.

AzVision.az


Teqlər:





Xəbər lenti