Şeyx Gürcüstana gedir
Söhbət əsnasında Şeyxülislam A. Paşazadə II İliya həzrətlərinə Azərbaycanda elan olunmuş İslam Həmrəyliyi ili çərçivəsində QMİ tərəfindən keçiriləcək Beynəlxalq Konfrans barədə məlumat verib, gürcü Patriarxlığına da dəvət göndərildiyini xatırladıb. Patriarx II İliya məmnuniyyətlə konfransda təmsil olunacaqlarını, onun işində yaxından iştirak edəcəklərini bildirib, Konfransın ünvanına təbrik məktubu ünvanlayacağını diqqətə çatdıraraq tədbirə uğurlar diləyib.
Telefon bağlantısı zamanı Patriarx II İliya həzrətləri Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya səmimi salamlarını çatdırmağı Şeyxülislamdan rica edib Mehriban xanımın ali məqama təyin olunması münasibətilə xeyir-dualarını bildirib.
AzVision.az
Teqlər: