Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Təqaüdə göndərilən generala yeni vəzifə verildi
  23 Fevral 2017    Oxunub:7739
Xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi polis general-mayoru Sərvər Mehrəliyev daxili işlər nazirinin müşaviri təyin edilib.
Bunu AzVision.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, polis general-mayoru Sərvər Mehrəliyevin uzun müddət xidmətdə göstərdiyi peşəkarlığı və bu sahədə təcrübəsi nəzərə alınaraq vəzifəyə təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini polis general-mayoru Həsən Şirinovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara gəlincə E. Zahidov deyib ki, polis general-mayoru Həsən Şirinov təqaüdə göndərilməyib və öz vəzifəsini davam etdirir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti