Milli Məclis dünya parlamentlərinə müraciət edəcək

Milli Məclis dünya parlamentlərinə müraciət edəcək
  24 Fevral 2017    Oxunub:2210
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ - Xocalı Soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi daxildir.

Bundan əlavə Milli Məclis bu gün Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciət ünvanlayacaq.

Xatırladaq ki, Ermənilərin törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 nəfər girov götürülərək amansız işgənclərə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti