Ziyafət Əsgərov: `Xocalı soyqırımı heç vaxt unudula bilməz`

Ziyafət Əsgərov: `Xocalı soyqırımı heç vaxt unudula bilməz`
  24 Fevral 2017    Oxunub:1618
“Xocalı soyqırımından 25 il keçsə də, onun vurduğu yaralar hələ də göynəyir və heç vaxt unudula bilməz”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Vitse-spiker bildirib ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir:

“Dinc əhali vəhşicəsinə kütləvi şəkildə qətlə yetirilib. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək üçün Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı soyqırımı cinayətləri törədilib.

Xocalıdan əvvəl azərbaycanlıların yaşadığı kəndlərin işğalı zamanı əhalinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütkləvi şəkildə qətlə yetirilməsi planı Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən qabaqcadan hazırlanıb. Xocalıda törədilən dəhşətli cinayət nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubuiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götrülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu barədə beynəlxalq təşkilatlara da məlumat verilib”.

Z.Əsgərov qeyd edib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir: “Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti