`Qaçqınkom`a daha bir səlahiyyət verildi
Dövlət Komitəsi yeni yaradılacaq İşçi Qrupu tərəfindən əraziləri işğal olunmuş rayonlarla yanaşı, 1988-1992-ci illərdə Ermənistan Respublikasından deportasiya olunmuş azərbaycanlılara dəymiş ziyanın hesablanmasını təmin etməli, münaqişə nəticəsində dəymiş ziyan, itki və tələfatlar barədə beynəlxalq ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması məqsədi ilə beynəlxalq konfransların keçirilməsini, qısametrajlı filmlər çəkilib göstərilməsini, müxtəlif dillərdə kitabların, bukletlərin hazırlanmasını və yayılmasını təşkil etməli və görülən işlər barədə hər ilin sonunda Nazirlər Kabinetinə hesabat təqdim etməlidir.
İşçi Qrupunun fəaliyyəti ilə əlaqədar bütün xərclər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparatının saxlanılması xərcləri dairəsində həyata keçiriləcək. Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu fəaliyyəti dövründə dövlət büdcəsinin vəsaiti hesabına alınmış invertar və avadanlıqların Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilməsini təmin etməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
AzVision.az
Teqlər: