Prezidentin Qətərə səfəri başa çatıb - Fotolar

Prezidentin Qətərə səfəri başa çatıb - Fotolar
  27 Fevral 2017    Oxunub:1228
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfəri fevralın 27-də başa çatıb.
AzVision.az-ın xəbərinə görə, Azərbaycanın və Qətərin dövlət bayraqlarının dalğalandığı Doha şəhərinin “Hamad” beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı İlham Əliyevi Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim bin Mohammad Al Tani və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola saldılar.









AzVision.az


Teqlər: Azərbaycan   Qətər   Prezident  





Xəbər lenti