“Azərbaycan Prokurorluğu” jurnalının 4-cü nömrəsi çapdan çıxıb

“Azərbaycan Prokurorluğu” jurnalının 4-cü nömrəsi çapdan çıxıb
  27 Fevral 2017    Oxunub:1503
Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının 2016-cı il üzrə dördüncü nömrəsi çapdan çıxıb. Jurnalın dördüncü nömrəsi ötən ilin oktyabr-dekabr aylarını əhatə edir.
AzVision.az xəbər verir ki, jurnal Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim yolumuz açıqdır. Biz bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik” sözləri ilə başlayır.

Nəşrin “İctimai-siyasi tədbirlər”, “Rəsmi tədbirlər”, “Təbriklər”, “Təhlillər, təkliflər”, “İctimaiyyətə hesabat”, “Beynəlxalq əlaqələr”, “Hüquqi aktlar” bölmələrində maraqlı məlumatlar əksini tapıb.

Jurnalın “İctimai-siyasi tədbirlər” bölməsində Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda iştirakı, dövlətimizin başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə bağlı informasiyalar, Azərbaycan Prezidentinin ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etməsi, eləcə də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımıza təbriki oxucuların diqqətinə çatdırılıb.

Jurnalın “Rəsmi tədbirlər” bölməsində Baş Prokurorluqda və Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Azərbaycan Prokurorluğu orqanlarının yaradılmasının 98-ci ildönümü ilə əlaqədar tədbirlər, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimləri, prokurorluq işçiləri həvəsləndirilməsi ilə bağlı yazılar təqdim olunub. Bundan başqa, prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin daim diqqət mərkəzində saxlanılması, habelə Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili ilə Baş Prokurorluqda keçirilən görüş və digər tədbirlər barədə məlumatlar da bu bölmədə yerləşdirilib.

Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova ünvanlanan təbrik məktubları “Təbriklər” bölməsində oxuculara təqdim edilib.

“Təhlillər, təkliflər” bölməsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramovun “İnzibati xəta haqqında işə baxan məhkəmədə prokurorun iştirakı mühakimənin ədalətli olmasının zəruri şərtidir”, həmin Mərkəzin cinayət hüququ, cinayət prosesi və kriminologiya kafedrasının müəllimi-prokuroru Rəhman Əhmədovun “Cinayətdə iştirakçılığın tövsifinin bəzi məsələləri” sərlövhəli məqalələri verilib.

“İctimaiyyətə hesabat” bölməsində isə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Baş Prokurorluqda keçirilən konfrans, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində təşkil olunan “dəyirmi masa”, həmin mərkəzdə “İnzibati xəta haqqında iş üzrə icraat zamanı prokuror nəzarətinin həyata keçirilməsinin taktiki və metodiki məsələləri” mövzusunda baş tutan kurslar və digər məlumatlar yerləşdirilib.

Ümumilikdə jurnalda Baş Prokurorluğun ötən ilin oktyabr-dekabr ayları ərzində fəaliyyəti dolğun işıqlandırılıb, keçirilən tədbirlər, seminarlar, konfranslar, təlimlər, eləcə də qurumun uğurlu beynəlxalq əlaqələri və digər mövzularda maraqlı məqalələr toplanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti