BQXK şəhidlərimizlə bağlı məlumat yaydı

BQXK şəhidlərimizlə bağlı məlumat yaydı
  28 Fevral 2017    Oxunub:3469
Təmas xətti boyu baş vermiş hadisə zamanı həlak olmuş hərbçilərin meyitlərinin axtarışları və toplanması başa çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən bildirilib.
Məlumatda qeyd olunur ki, əməliyyat fevralın 27-də tərəflərin istəyi və öz aralarında olan razılaşma əsasında gerçəkləşib.

Əməliyyat BQXK ilə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in xüsusi nümayəndəsi arasında əlaqəli şəkildə həyata keçirilib.

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

Onların nəşi döyüş meydanında qalmışdı.(APA)

AzVision.az


Teqlər: #BQXK   #Şəhid   #Cəbhə  





Xəbər lenti