Ermənistanla sərhəddə zəlzələ olub

Ermənistanla sərhəddə zəlzələ olub
  28 Fevral 2017    Oxunub:946
Bu gün Ordubaddan 37 kilometr şimal-şərqdə, Azərbaycan-Ermənistan sərhədində 3.5 bal gücündə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:28:14-də qeydə alınıb.

Episentri 11 kilometr dərinlikdə yerləşən zəlzələ Ordubadda üç bala qədər hiss olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti