AZAL: Şəhidin cənazəsi Ordubada yola salınır

AZAL: Şəhidin cənazəsi Ordubada yola salınır
  28 Fevral 2017    Oxunub:1843
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Həşimlinin cənazəsinin doğulduğu Ordubad rayonuna yola salınmasında problem yaranıb.

Belə ki, Naxçıvanda qatı duman olması və hava limanının təyyarəni qəbul edə bilməməsi prosesi gecikdirir.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanın ( AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski faktı AzVision.az-a təsdiqləyib.

“Naxçıvana gedəcək təyyarəyə minik başlayıb və yaxın dəqiqələrdə uçuş başlayacaq. Şəhidimizin nəşi həmin təyyarədə aparılır”.

Xatırladaq ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 5 hərbiçimiz şəhid olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti