İlham Əliyev Pakistanda səfərdədir - Fotolar

İlham Əliyev Pakistanda səfərdədir - Fotolar
  28 Fevral 2017    Oxunub:2270
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gəlib.
AzVision.az xəbər verir ki, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar. Sonra toplardan yaylım atəşi açıldı, Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndi.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan   Pakistan  





Xəbər lenti