Həkimlərin maaşı artdı - 740 manat oldu
Konkret nümunə təqdim edək. Tutalım, Cərrahiyə şöbəsində çalışan cərrah Nazirlər Kabinetinin qərarına əsasən 228 manat məbləğində əmək haqqı alır, icbari tibbi sığorta sistemində çalışan cərrahın əmək haqqı 540 manat artırıldıqda onun maaşı 768 manat məbləğində olacaq.
Şöbə rəhbəri vəzifəsi funksiyalarını yerinə yetirən həkimlərin iş yükünün və gərginliyinin nəzərə alınması məqsədilə onların əmək haqları qeyd edilən əlavələrin 15%-i həcmində artırılacaq.
Mükafat hissəsinə gəldikdə isə, bu, həkimin gündəlik normativdən yuxarı xəstə qəbul edib-etməməsindən asılıdır. Belə ki, həkimlərin fəaliyyətinin ölçülməsi və pul mükafatlarının verilməsi məqsədilə göstərdikləri tibbi xidmətlərə normativlər tətbiq olunur. Sözügedən normativlər həkimlər tərəfindən göstərilən fəaliyyətin effektivliyinin kəmiyyət baxımından aşağı və yuxarı həddini müəyyən edir.
Uşaq şöbəsində, Uşaq Nevrologiya sanatoriyasında, Fizioterapiya şöbəsində, Terapiya şöbəsində, Poliklinika şöbəsində, Hemodializ şöbəsində çalışan həkimlərə, terapevt ixtisası istisna olmaqla digər ixtisaslar üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 10 pasiyentə, yuxarı normativ isə 20 pasiyentdən yuxarı olmamaq şərtilə tibbi xidmətin göstərilməsidir. Yuxarı normativə əsasən həkimlərə Prezidentin 2016-cı il 28 dekabr tarixi 1181 nömrəli Fərmanı ilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat veriləcək.
Terapevt ixtisası istisna olmaqla digər ixtisaslar üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 10 pasiyentə, yuxarı normativ isə 20 pasiyentdən yuxarı olmamaq şərtilə tibbi xidmətin göstərilməsidir. Yuxarı normativə əsasən həkimlərə Prezidentin 2016-cı il 28 dekabr tarixi 1181 nömrəli Fərmanı ilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat veriləcək.
Belə ki, fevral ayından etibarən icbari tibbi sığorta sistemində çalışan həkimlərin əmək haqları iki hissədən ibarətdir: baza hissəsi və mükafat hissəsi.
Aytən Zəhra
AzVision.az
Teqlər: