Azərbaycan Pakistandan hərbi məhsullar alacaq

Azərbaycan Pakistandan hərbi məhsullar alacaq
  01 Mart 2017    Oxunub:3330
Azərbaycan Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal edəcək. Bu barədə razılaşma Azərbaycan prezidenti İlham Əliyevin İslamabadda Pakistan baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşü zamanı əldə olunub.
AzVision.az xəbər verir ki, görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub.

Bundan əlavə, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb, fevral ayında 20-yə yaxın Azərbaycan şirkətinin Pakistanda ixrac missiyasında olduğu və bu missiyanın Azərbaycanın Pakistana ixracının artırılması məqsədi daşıdığı qeyd edilib.

Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, bu gün imzalanan Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında Sazişin bu sahədə uğurlu addım olduğu qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti