Elmar Məmmədyarov Rusiyaya səfər edəcək

Elmar Məmmədyarov Rusiyaya səfər edəcək
  03 Mart 2017    Oxunub:1019
Xarici işlər naziri Elmar Məmmədyarov martın 5-7-də Rusiya Federasiyasında rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Həmçinin nazir Elmar Məmmədyarovun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulması münasibətilə təşkil ediləcək sərginin açılış mərasimində iştirakı, Rusiya XİN-in Diplomatik Akademiyasında çıxışı və digər tədbirlərə qatılması planlaşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti