Qəbul imtahanlarında yeniliklər gözlənilir

Qəbul imtahanlarında yeniliklər gözlənilir
  07 Mart 2017    Oxunub:1363
"Hazırda rus bölməsində oxuyanlar üçün Azərbaycan dili imtahanının nəticəsi iki il keçərlidir. Biz bu modeli gələcəkdə kurikulumla tədirslərini bitirən məzunlar üçün tətbiq edə bilərik".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il və gələn il qəbul imtahanları bir model üzərində qurulub. "Amma iki il sonra ölkədə kurikulumla tədris alan şagirdlər 11-ci sinfi bitirəcək və o vaxta qədər müəyyən modellər üzərində işlənəlicək. Çalışacağıq ki, bir imtahanın nəticəsi iki il istifadə edilə bilsin".

M.Abbaszadə qeyd edib ki, bu yeniliyi növbəti ildən magistratura səviyyəsinə qəbulda tətbiq edə biləcəyik.

"Qurum üçün legitim hüquqi mühitin yaradılması üçün bir sıra qərarlar qəbul olunub. Dekabr, yanvar, fevral aylarında biz fəaliyyətimizi davam etdirə bilmirdik. İndi də dövlət qulluğu ilə bağlı müəyyən qərarları gözləyirik ki, tam fəaliyyətə başlaya bilək. Qəbul imtahanları, magustratura, rezidentura üçün qaydalar təsdiq olunduğu üçün hər bir imtahanın nəticəsinin iki il istifadə olunması istiqamətində işlər aparacağıq. Yəqin ki, bu qiymətlər ondan sonra elə də yüksək görünməyəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti